Məxfilik Siyasəti

Giriş 

Bu Məxfilik Siyasəti ("Siyasət") CityNet TV vebsaytının və mobil tətbiqin (birlikdə "Platforma") İstifadə Şərtlərinin ("Şərtlər") tərkib hissəsini təşkil edir. Bu Siyasət Şərtlərlə birlikdə oxunmalıdır və burada istifadə edilən, baş hərflə yazılmış, lakin müəyyən edilməmiş hər hansı terminlər Şərtlərdə onlara aid edilən eyni mənanı daşıyacaqlar.

Bu Siyasət bizim Platformamız, CityNet TV tərəfindən sizin məlumatlarınızın necə toplanıldığını, istifadə edildiyini, açıqlandığını və mühafizə olunduğunu izah edir. Platformadan istifadə etməklə siz bu Siyasətdə təsvir olunan proseslərlə razılaşırsınız. 

Məlumatlarınızın necə emal edildiyini və onunla bağlı hüquqlarınızın necə idarə edildiyini anlamaq üçün bu Siyasəti diqqətlə oxumağınızı tövsiyə edirik. Hər hansı bir sualınız və ya sizi narahat edən məsələ olarsa, aşağıda verilmiş məlumatdan istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz. 

1.  Toplanılan məlumat  

1.1 Siz hesab üçün qeydiyyatdan keçərkən və Platformadan istifadə edərkən biz sizin təqdim etdiyiniz məlumatları toplayırıq və istifadə edirik. Həmin məlumatlar aşağıdakılardan ibarət ola bilər (lakin bunlarla məhdudlaşmadan): 

1.  Şəxsi məlumatlar: Məsələn, adınız, e-poçt ünvanınız və telefon nömrəniz, həmçinin Platformadan istifadə edərkən paylaşmaq istədiyiniz hər hansı digər məlumat.

2.  Cihaz haqqında məlumat: Biz avtomatik olaraq cihazınız, onun modeli, əməliyyat sisteminin versiyası, unikal identifikatorları, IP ünvanı və mobil şəbəkə haqqında müəyyən məlumatlar toplayırıq. 

3.  İstifadə Məlumatları: Platformada fəaliyyətiniz, o cümlədən, daxil olduğunuz səhifələr, istifadə etdiyiniz funksiyalar, daxil olduğunuz məzmun və həyata keçirdiyiniz əməliyyatlar haqqında məlumatlar toplanıla bilər.

4.  Kukilər və Oxşar Texnologiyalar: Naviqasiya və seçimləriniz haqqında məlumat toplamaq üçün kukilərdən, veb mayaklardan və digər izləmə texnologiyalarından istifadə edə bilərik. Bu məlumatlar sizin seçimlərinizi yaddaşda saxlamağa, tendensiyaları analiz etməyə və Platformadakı işinizi fərdiləşdirməyə kömək edir. 

2.  Biz məlumatları necə toplayırıq 

2.1 Məlumatların toplanılması üsulları 

Sistemin işini yaxşılaşdırmaq və sizə daha yaxşı xidmət təqdim etmək üçün məlumatlarınız iki üsulla toplanılır: 

1.  Birbaşa sizdən əldə edirik: Siz hesab üçün qeydiyyatdan keçərkən, Platformanın xidmətlərindən istifadə edərkən, fəaliyyətlərdə və ya tədbirlərdə iştirak edərkən, yaxud da bizimlə əlaqə saxladığınız zaman (telefon, e-poçt və s. vasitəsilə) müəyyən məlumatları təqdim edirsiniz. 

2.  Avtomatik qaydada: Platforma IP ünvanı, məkan (dəqiq yerləşmə ünvanı üçün sizin razılığınız olmalıdır), cihaz identifikatorları, naviqasiya məlumatları və istifadə məlumatları (ziyarət edilən səhifələr, istifadə edilən funksiyalar və s.) kimi cihaz və istifadə haqqında müəyyən məlumatları avtomatik qaydada toplayır. Bu məlumatlar bizə Tətbiqin işini yaxşılaşdırmaqda və daha yaxşı xidmət göstərməkdə kömək edir.

2.2 Şəxsi məlumatların toplanması

Şəxsi məlumatlarınız aşağıdakı hallarda toplanılır:

1. Abunəçi kimi qeydiyyatdan keçdikdə

2. Hesabınıza daxil olduqda

3. Platformada xidmətlərimizdən istifadə etdikdə

4. Bizimlə əlaqə saxlayan zaman (fəaliyyətlər, tədbirlər, ünsiyyət) 

 

2.3 Əməliyyat məlumatları 

Siz Platforma vasitəsilə ödənişlər etdikdə və ya əməliyyatlar apardıqda biz həmin əməliyyat və olduğunuz yer (sizin razılığınızla) barədə məlumat toplayırıq və bu məlumatları saxlayırıq. 

2.4 Kamera və Mikrofon Girişi (İstəyə görə)

Sizin əvvəlcədən icazənizi soruşmaqla, kameranıza və mikrofonunuza giriş istəyə bilərik. Bu icazələr aşağıdakılar üçün istifadə edilə bilər: 

1. Əməliyyatlar üçün QR kodun skan edilməsi

2. İstifadəçi profilinin verifikasiyası (əgər uyğundursa)

3. Məlumatların/Göstəricilərin istifadəsi

3.1 Biz sizin məlumatlarınızı/göstəricilərinizi aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:  

1.  Hesabın idarə edilməsi: (i) şəxsiyyətinizin yoxlanılıb təsdiqlənməsi və (ii) istifadəçi profilinizin yaradılması və idarə edilməsi;

2.  Ünsiyyət: Platforma, SMS, Telefon zəngi və ya e-poçt vasitəsilə sizə elanların, yeniləmələrin və ya təkliflərin göndərilməsi;

3.  Müştəri Dəstəyi: Sorğularınızın cavablandırılması və tələblərinizin yerinə yetirilməsi;   

4.  Platformanın təkmilləşdirilməsi: (i) Platformanın və xidmətlərimizin idarə edilməsi və təkmilləşdirilməsi üçün istifadə məlumatlarının analizi; və (ii) marketinq tədbirlərinin asanlaşdırılması;

5.  Fərdiləşdirilmiş Məzmun: İstəkləriniz əsasında Platformada, veb saytlarda və sosial media platformalarında məzmunun fərdiləşdirilməsi; 

6.  Biznes əməliyyatları: Biznesimizin, məhsullarımızın və xidmətlərimizin idarə edilməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsi;

7.  Marketinq: Sizi maraqlandıra biləcək məhsul və xidmətlərin tanıdılması və bazarlanması;

8.  Qanuna uyğunluq: Azərbaycan Respublikası qanunlarına riayət etmək və qanuni hüquqları həyata keçirmək; 

9.  Təhlükəsizlik və Risklərin İdarə Edilməsi: Risklərin idarə edilməsi, habelə hesablardan sui-istifadə, çirkli pulların yuyulması kimi halların və saxta, qanunsuz və ya zərərli hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması.

3.2 Biz sizin məlumatlarınızı aşağıdakı məhdud hallarda açıqlaya bilərik: 

1.  Qanuni tələblər: Hüquq-mühafizə orqanlarına, dövlət orqanlarına, yaxud da qanun və ya qaydaların tələbi ilə.

2.  Peşəkar Xidmətlər: Hüquqi məsələlər üzrə hüquq və peşəkar məsləhətçilərimizə.

3.  Mühafizə və Təhlükəsizlik: Ayrı-ayrı fərdlərin təhlükəsizliyini və ya mühafizəsini təmin etmək və ya şübhəli qanunsuz fəaliyyəti araşdırmaq üçün açıqlamanı zəruri hesab etdiyimiz zaman. 

4.  Xidmət Təminatçıları: Ciddi məxfilik müqavilələrinə əsasən və yalnız daxili inzibati və əməliyyat məqsədləri üçün bizim adımızdan fəaliyyət göstərən etibarlı xidmət təminatçılarına, agentlərə, biznes tərəfdaşlarına və subpodratçılara.  

4. Təhlükəsizlik tədbiri və istifadəçi nəzarəti 

1.  Biz sizin məlumatlarınızın təhlükəsizliyinə ciddi yanaşır və onun məxfiliyini, bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün müxtəlif fiziki, elektron və digər təhlükəsizlik tədbirləri tətbiq edirik. Bununla belə, məlumatların internetdə və ya elektron qaydada saxlanılması üsulları tamamilə qüsursuz deyil. Sizin məlumatınızı qorumaq üçün kommersiya baxımından məqbul üsullardan istifadə etməyə çalışsaq da, onun mütləq təhlükəsizliyinə zəmanət verə bilmərik. Təhlükəsizlik tədbirlərini həyata keçirməyimizə baxmayaraq, məlumatlara icazəsiz giriş, qeyri-qanuni ələ keçirmə və ya məlumat itkisi hallarına görə məsuliyyət daşımırıq.   

2.  Biz sizin e-poçt ünvanınızı və ya digər məlumatlarınızı istənməyən mesajlar göndərmək və ya bu məqsədlə üçüncü tərəflə paylaşmaq üçün istifadə etməyəcəyik. Biz sizin məlumatlarınızı yalnız bu Siyasətdə təsvir olunduğu kimi, məsələn, bizim adımızdan fəaliyyət göstərən etibarlı xidmət təminatçıları ilə paylaşa bilərik. 

 5. Məlumatların saxlanması və hesabın ləğv edilməsi 

1.  Hesabınız ləğv edildikdən sonra istifadəçi profilinizi sistemimizdən siləcəyik. Bununla belə, bu Siyasətdə təsvir olunduğu kimi, qanunla qadağan edilməzsə, biz sizin şəxsi məlumatlarınızı və əməliyyat məlumatlarınızı aşağıdakı məqsədlər üçün saxlaya bilərik. 

2.  Biz sizin əməliyyat məlumatlarınızı ən azı beş il və ya qanunla tələb olunan daha uzun müddət ərzində saxlayacağıq.

3.  Biz sizin şəxsi məlumatlarınızı hesabınız aktiv olduğu müddətdə, yaxud da bu Siyasətdə göstərilən məqsədlərin yerinə yetirilməsi və ya qanunun tələbi ilə lazım gəldikdə daha artıq müddət ərzində saxlaya bilərik. 

6. Uşaqların Məxfiliyi: 

1.  CityNet TV ümumi auditoriya üçün nəzərdə tutulub və uşaqlar üçün nəzərdə tutulmayıb. Biz 18 yaşından kiçik uşaqlara aid şəxsi məlumatları bilərəkdən toplamırıq.

2.  Əgər siz valideyn və ya qəyyumsunuzsa və 18 yaşından kiçik övladınızın sizin razılığınız olmadan bizə şəxsi məlumatlarını təqdim etdiyindən xəbər tutmusunuzsa, müvafiq tədbirlərin görülməsi üçün dərhal bizimlə əlaqə saxlayın. Nəticədə, uşağın məlumatları serverlərimizdən silinə bilər.

3.  Valideynlərə və qəyyumlara aşağıdakı imkanları təqdim edirik: 

1.  Öz uşağının onlayn fəaliyyətlərinə nəzarət etmək;

2.  Uşaqların öz şəxsi məlumatlarını internetdə açıqlamasına yol verməmək üçün valideyn nəzarətindən istifadə etmək;

3.  Öz övladı ilə onlayn məkanda məsuliyyətli davranış məsələsini müzakirə etmək. 

4.  Bəzi yurisdiksiyalarda yetkinlik yaşı 18-dən yuxarı ola bilər. Biz tövsiyə edirik ki, 18 yaşdan yuxarı, lakin öz yurisdiksiyasında yetkinlik yaşına çatmamış şəxslər tətbiqimizdən istifadə etməzdən və ya hər hansı şəxsi məlumatı təqdim etməzdən əvvəl valideynin razılığını alsınlar.   

7. Kukilər və İzləmə Texnologiyaları 

1.  CityNet TV və bizim filiallarımız tətbiqimizdə və veb saytımızda sizin fəaliyyətiniz haqqında məlumat toplamaq üçün kukilərdən, veb mayaklardan və digər izləmə texnologiyalarından istifadə edə bilər. Bu məlumat bizə aşağıdakı məqsədlər üçün kömək edir: 

1.  Tendensiyaları təhlil etmək;

2.  Platformanı idarə etmək;

3.  Platformada istifadəçi davranışlarını izləmək;

4.  İstifadəçi bazamız haqqında demoqrafik məlumat toplamaq. 

2.  Kukilər daxil olduğunuz veb saytlar və ya proqramlar tərəfindən cihazınızda saxlanılan kiçik məlumat fayllarıdır. Onlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: 

1.  Seçimlərinizi yadda saxlamaq;

2.  İstifadəçi təcrübənizi yaxşılaşdırmaq;

3.  Fərdiləşdirilmiş məzmun və reklamlar təqdim etmək.

3.  Siz brauzerinizin parametrləri vasitəsilə kukilərə nəzarət edə bilərsiniz. Kukilərin deaktiv olunması tətbiqimizin bəzi funksiyalarını məhdudlaşdıra bilər. 

4.  Tətbiqdən istifadə etməyiniz haqqında məlumat toplamaq və təhlil etmək üçün Google Analytics kimi üçüncü tərəf xidmətlərindən istifadə edə bilərik. Bu xidmətlər veb saytlar və onlayn xidmətlər üzrə məlumat toplamaq üçün kukilərdən və oxşar texnologiyalardan istifadə edə bilər. 

5.  Tətbiqimizdən istifadə etməklə siz bu Siyasətdə qeyd edildiyi kimi, kukilərin və izləmə texnologiyalarının istifadəsinə dair razılıq verirsiniz. 

6.  Əgər kukiləri qəbul etmək istəmirsinizsə, kukilərdən imtina etmək və ya cihazınızda kuki yerləşdirildikdə xəbərdar olmaq üçün brauzerinizin parametrlərini tənzimləyə bilərsiniz. Kukilər deaktiv edilərsə, bəzi proqram funksiyaları düzgün işləməyə bilər. 

8. Siyasətdə Dəyişikliklər 

1.  İş praktikamızdakı dəyişiklikləri əks etdirmək və ya qanuni tələblərə riayət etmək üçün bu Siyasəti vaxtaşırı yeniləyə bilərik. Tətbiqin əsas səhifəsində bildiriş yerləşdirməklə və/və ya sizə e-poçt bildirişi göndərməklə (əgər e-poçt ünvanınızı göstərmisinizsə) bu Siyasətdə baş verən hər hansı əhəmiyyətli dəyişiklik barədə sizi xəbərdar edəcəyik. 

9. Əlaqə məlumatları 

1.  Şəxsi məlumatlarınızla bağlı hər hansı sualınız, sizi narahat edən məsələ və ya sorğunuz olarsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz: 

1.  E-poçt: [email protected]

2.  Telefon: *1177