17.11.2025

"Paylaşmaq qazandırır" kampaniyası

item

Dostlarınızı CityNet-ə dəvət edin, həm siz, həm də dəvət etdiyiniz şəxs 25 AZN bonus əldə etsin. Bonus məbləğini CityNet xidmətlərinin ödənişində istifadə edə və ya Pulz e-cüzdanına köçürərək tətbiqdə istifadə edə bilərsiniz. 

Kampaniyadan istifadə qaydası:

- CityNet abunəçisi CityNet tətbiqindən promokod vasitəsilə dostunu dəvət etdikdə və dəvət olunan şəxs həmin promokodla CityNet-ə qoşulub aylıq ödəniş etdikdən sonra, hər iki tərəf  25 AZN məbləğində bonus əldə edir. Yeni qoşulan istifadəçiyə 25 AZN məbləğində bonus onun CityNet balansına yüklənir və o,  bu məbləği gələcək abunəliyinin ödənişi zamanı istifadə edə bilər.

- Dəvət edən şəxs isə 25 AZN bonusu, öz seçiminə əsasən, CityNet balansına və ya Pulz e-cüzdanına köçürə bilər. Dəvət edilən şəxs ödəniş etdikdən sonra, dəvət edən abunəçidə kupon formalaşır. “Kuponu aktivləşdirin” bölməsinə kliklədikdə sistem istifadəçiyə “CityNet” və ya “Pulz” variantlarından birini seçməyi təklif edir:

- CityNet seçildikdə, bonus məbləği abunəçinin CityNet balansına köçürülür və gələcək aylarda abunəlik ödənişləri üçün istifadə oluna bilər.

- Pulz seçildikdə, bonus məbləği abunəçinin Pulz hesabındakı e-cüzdana köçürülür və o, bu məbləği Pulz tətbiqində istifadə edə bilir.

- Əgər abunəçinin Pulz tətbiqi və hesabı mövcud deyilsə,istifadəçiyə Pulz tətbiqini yükləmək və qeydiyyatdan keçərək hesabını təsdiqləmək barədə bildiriş təqdim olunur. Abunəçi tətbiqi yükləyib, qeydiyyatdan keçib, hesabını təsdiqlədikdən sonra ödənişini həmin hesabdaki elektron cüzdana köçürə bilər.