14.03.2025

CityNet “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında

CityNet “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında

Siz də CityNet-in stendinə yaxınlaşaraq 10 ədəd iPhone 15 Pro qazanmaq şansından yararlana bilərsiniz. Baharın gəlişini simvolizə edən və xeyriyyə məqsədi daşıyan bu yarmarka 15 mart – 15 aprel tarixlərində Fəvvarələr meydanı ərazisində baş tutacaq.

CityNet, həmçinin iştirakçılara tədbir çərçivəsində sürətli internet və rəqəmsal TV xidmətlərini test etmək imkanı yaradacaq. Eyni zamanda, ziyarətçilər şirkətin stendində Novruz ənənələrini əks etdirən oyunlar, interaktiv müsabiqələrə qatılaraq müxtəlif hədiyyələr və endirimlər qazana biləcəklər.

CityNet hər kəsi yarmarkada iştirak etməyə və bahar bayramının sevincini birlikdə bölüşməyə dəvət edir!