14 mart 2025 tarixindən etibarən ödəniş şərtləri aşağıdakı kimi dəyişir:
· Aylıq xidmət haqqı Ödəniş günündə ödənilmədiyi təqdirdə, 5 (beş) təqvim günü ərzində (güzəşt müddəti) xidmət məhdudlaşdırılmış sürətlə təqdim olunacaq.Ödəniş Güzəşt müddəti ərzində həyata keçirilmədikdə xidmətin verilməsi dayandırılacaq.
· Ödəniş güzəşt müddəti ərzində edilərsə, ödəniş günü dəyişməz olaraq qalacaq. Ödəniş güzəşt müddəti bitdikdən sonra həyata keçirildiyi halda isə ödəniş günü Ödənişin icra edildiyi faktiki gün əsasında müəyyən ediləcək və Xidmətdən bir aylıq istifadə müddəti həmin tarixdən hesablanacaq.