1. Ümumi şərtlər
1.1 Hazırkı Məxfilik Siyasəti, “Uninet” MMC-yə məxsus "CityNet" adlı
Platformanın texniki imkanlarından yararlanan İstifadəçilərə aiddir, və
İstifadəçi ilə Uninet MMC arasında bağlanmış Müqavilənin ayrılmaz bir
hissəsidir.
1.2 Bu Məxfilik Siyasəti İstifadəçinin şəxsi
məlumatlarının toplanılması, saxlanılması, işlənməsi, istifadəsi və müdafiəsi
qaydalarını müəyyən edir.
1.3 Platformada İstifadəçinin qeydiyyatı, daxil olması və
ya Xidmətlərin sifarişi zamanı, həmçinin Platformadan istifadənin başqa
hallarında, İstifadəçi Platformaya öz şəxsi məlumatlarını daxil edir və
istifadəsinə razılıq verir. Məlumatın toplanması həmçinin İstifadəçiyə Platforma
üzərindən təqdim edilən sualların cavablandırılması vasitəsi ilə həyata
keçirilə bilər.
1.4 İstifadəçi Platformaya özü haqqında şəxsi məlumatların
və istənilən başqa informasiyanın yerləşdirilməsi haqqında
sərbəst və könüllü qərar verir, həmçinin də şəxsi məlumatların və
informasiyanın “Uninet” MMC tərəfindən işlənməsinə və ya işlənməsi üçün üçüncü
şəxslərə ötürülməsinə öz razılığını bildirir.
1.5 Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya
hərəkətlərin toplanma, saxlanma, istifadə və yayılma kimi məcmusudur və şəxsi
məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin
istifadəsi ilə məhv edilməsidir.
1.6 Şəxsi məlumatların işlənməsinin məqsədləri
aşağıdakılardır:
1.6.1 Platformanın fəaliyyətinin yaxşılaşdırılması üçün
statistik və analitik məlumatların alınması;
1.6.2 Platformada göstərilən xidmət növlərinin artırılması
və “Uninet” MMC-nin fəaliyyət dairəsinin genişləndirilməsi;
1.6.3 Platforma və ya üçüncü şəxslərin informasiya və ya
reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər
haqqında xəbərdarlıq);
1.6.4 İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya
icazəsiz hərəkətlərinin qarşısının alınması və xəbərdar edilməsi;
1.6.5 Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət
olunması;
1.7 Platforma İstifadəçi barəsində növbəti informasiyanı
toplayır:
1.7.1 Platformadan istifadə zamanı “Uninet” MMC İstifadəçinin
daxil etdiyi şəxsi informasiyaları Platformanın məlumat bazasında toplayır.
Belə informasiya, İstifadəçinin adı və soyadı, telefon nömrəsi, sifarişin
verildiyi məkan, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial mediya
hesabları vasitəsilə daxil olursa, Platforma həmçinin belə sosial şəbəkənin
profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.
1.7.2 Platforma ona giriş zamanı proqram təminatı tərəfindən
avtomatik olaraq texniki informasiyaları toplaya bilər.
1.8 Platforma, həmçinin də “Uninet” MMC, İstifadəçinin irqi
və ya etnik mənsubiyyəti, siyasi baxışları, siyasi partiyalara, həmkarlar
ittifaqlarına üzvlük və məhkumluq barədə məlumatları, həmçinin də sağlamlığına,
şəxsi həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları
toplamır və istifadə etmir.
1.9 “Uninet” MMC Platformaya
İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları, İstifadəçinin
bu cür məlumatları əldə etmək üçün veridiyi icazə halı istisna olmaqla,
həmçinin də İstifadəçi ilə
razılaşdırıldıqdan sonra və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada,
aidiyyati olmayan üçüncü şəxslərlə paylaşmır.
1.10 “Uninet” MMC ehtiyac yarandığı hallarda İstifadəçi barəsində
məlumatları Platforma ilə əməkdaşlıq
edən və ya Uninet MMC-yə aidiyyatı olan şəxslərlə paylaşa bilər.
1.11 Uninet MMC, Platformadan istifadə prosesində İstifadəçi
tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə
vermir.
1.12 Platforma İstifadəçisi başqa istifadəçilər tərəfindən
verilmiş məlumatlardan, həmin istifadəçinin yazılı icazəsi olmadan və ya belə
məlumatlardan hər hansı başqa yolla istifadə etməməyi öhdəsinə götürür.
Platformadan istifadə ilə əlaqədar İstifadəçidən alınmış bütün məlumatlar müvafiq
xidmətlərin və ya məhsulların təqdim edilməsi üçün tələb olunan hərəkətlərin icrasında
istifadə edilə bilər.
1.13 Platformadan istifadə edən İstifadəçi onun
Platformadan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən
vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına
malikdir.
1.14 İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və
məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
1.15 Uninet MMC İstifadəçinin şəxsi məlumatlarına üçüncü
şəxslərin icazəsiz girişindən müdafiəsi üçün ağlabatan təhlükəsizlik
tədbirlərini təmin edir.
1.16 Platforma vasitəsi ilə toplanmış və işlənmiş bütün
şəxsi məlumatlar bir və ya bir neçə qorunan serverdə saxlanılır. Uninet MMC İstifadəçinin
şəxsi məlumatlarının yerləşdiyi məlumat bazalarına girişi olan bütün
əməkdaşları ilə İstifadəçilərə aid informasiyanın üçüncü şəxslərə yayılmaması barədə
razılaşma imzalayır.
2.
Cookies və bənzər texnologiyalar
2.1 Platforma informasiyanın saxlanılması üçün “cookies”
və bənzər texnologiyalardan istifadə edə bilər. Bu fayllar Platformanın
istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin
artırılması məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.
2.2 Platforma tərəfindən İstifadəçidən alınan istənilən
informasiya, həmçinin “cookies” faylların İstifadəçinin brauzerində
yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata
keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi Platformaya “cookies”
fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.
2.3 Platforma “cookies” və bənzər texnologiyalardan, İstifadəçinin
brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda saxlanılan və həmçinin
də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər
texnologiyalardan istifadə edir. İstifadəçi bu cür texnologiyaları bloklamaq və
silmək imkanına malikdir.
2.4 “Cookies” və bənzər texnologiyalara icazəsiz girişin
qarşısını almaq üçün Uninet MMC bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi
də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Uninet MMC zəmanət
verir ki, yalnız Uninet MMC-nin səlahiyyətli nümayəndələri və tərəfdaşları “cookies”
vasitəsi ilə toplanan məlumatlarına daxil olmaq imkanına malikdirlər.
2.5 Uninet MMC-nin səlahiyyətli nümayəndələri və
tərəfdaşları, Platformanın fəaliyyətini müxtəlif məqsədlərlə və vasitələrlə təşkil
edən fiziki və hüquqi şəxslərdir. Uninet MMC Platformada göstərilən xidmətlərin
İstifadəçiyə təqdim edilməsi, həmçinin də Platformanın fəaliyyəti üçün zəruri
olan səlahiyyətli tərəfdaşların xidmətlərindən yararlanmaq hüququna malikdir.
Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvanlar və ya başqa
eyniləşdiricilər barədə məlumatları toplaya bilərlər.
2.6 Platforma yuxarıda göstərilmiş texnologiyalardan
istifadə edərək toplayıb və saxladığı istənilən məlumatlardan İstifadəçinin icazəsi
ilə istifadə edə bilər.
2.7 İstifadəçi brauzerin və ya qurğunun parametrlərində “cookies”
fayllarına aid tənzimləmələri idarə edə bilər. İnformasiyanın toplanmasından və
saxlanılmasından imtina üçün brauzerin parametrlərində “cookies saxlamamaq"
bəndini aktivləşdirmək, həmçinin "cookies təmizləmək" düyməsini
klikləmək lazımdır.
2.8 Platformada olan texniki xarakterli informasiya,
məsələn, ip-ünvanlar, Platforma tərəfindən statistik və analitik məqsədlər üçün
istifadə olunur.
2.9 Alıcının fərdi ehtiyaclarına və maraqlarına
uyğunlaşdırılmış xidmətlərin yüksək keyfiyyətli təminatı məqsədi ilə Platforma İstifadəçinin
sistemə son giriş məlumatlarını saxlayır.
3.
Naviqasiya və klikləmə
3.1 Platformadan istifadə edərkən, baxdığınız səhifələr,
kliklədiyiniz düymə və əlaqələrə dair naviqasiya və klik məlumatları, bir
səhifədə qaldığınız müddət, seçdiyiniz və marağlandığınız xidmətlər barədə məlumatları
əldə etmək üçün saxlanılır. Həmin məlumatlar sizin kimliyinizi ortaya çıxartmır
və birbaşa olaraq öz adınızla əlaqələndirilmir.
3.2 Platforma üzərindən əldə etdiyiniz xidmətlər və
məhsullar barədə məlumatların, yerləşdirdiyiniz sorğuların başa çatdırılması,
təhlili və inkişaf etdirilməsi, Platformadan istifadənin artırılması, hüquqi
baxımdan lazım olan hallarda məlumatın təmin olunması və Platformaya və ya
üçüncü şəxslərə aid veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya və
istiqamətləndirmələr üçün istifadə edilir. Bu məlumatlar sorğunun emalı zamanı müvafiq
üçüncü şəxslərlə sorğunun mərhələlərindən hər hansı birində paylaşıla və ya
Platformadan istifadənin təhlilində və dəstəyində istifadə edilə bilər.
4.
Mübahisələrin həlli yolları
4.1 Məxfilik Siyasətinin həyata keçirilməsindən yarana
biləcək hər cür mübahisələrin həlli Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin tələblərinə əsasən həll edilir.
5.
Məxfilik siyasətinə dəyişiklik
5.1 “Uninet” MMC Məxfilik Siyasətinə dəyişikliklər edə,
silə və ya qaydalarını yeniləyə bilər.
5.2 Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı
deyilsə, o dərhal Platformadan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Platformadan
istifadəni davam etdirirsə, bu halda dəyişiklikləri və Məxfilik siyasətinin
yeni redaksiyasını bütövlükdə qəbul etmiş hesab edilir.